Əlaqə Arxiv
news Image
2015.08.06
14:30
| A A A
Qırğızıstan bu gündən Avrasiya İqtisadi İttifaqı (Aİİ) tamhüquqlu üzvü olub

Qırğızıstan bu gündən Avrasiya İqtisadi İttifaqı (Aİİ) tamhüquqlu üzvü olub.AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.`Avqustun 6-ı Qırğızıstanın Aİİ-yə üzv olması barədə saziş qüvvəyə minir. Qırğızıstan Aİİ-nin beşinci tamhüquqlu üzvü olur`, - deyə məlumatda vurğulanır.Qeyd edək ki, Nursultan Nazarbayev ötən gün Qazaxıstanın Qırğızıstanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) barədə sazişi təsdiqləyib.Qırğızıstan mayın 22-i respublikanın Aİİ-yə qoşulması barədə bütün ölkə daxili proseduraları yekunlaşdırıb.Qazaxıstan Qırğızıstanın Aİİ-yə qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Buna qədər sənədi Ermənistan, Belarus və Rusiya prezidenti təsdiqləmişdi.Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Aİİ digər ölkələr üçün də açıq qurumdur.Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin ötən ilin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Sizin Reklam Yeriniz