Əlaqə Arxiv
news Image
2015.08.07
11:00
| A A A
Qırğızıstan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü oldu
Qoşulma haqqında müqavilə 23 dekabr 2014-cü il tarixində imzalanıb

Qırğızıstan Avrasiya İqtisadi İttifaqının (Aİİ) tamhüquqlu üzvü olub.

Movqe.az xəbər verir ki, müvafiq məlumat Avrasiya İqtisadi Komissiyası tərəfindən yayılıb.

"Avqustun 6-sı Qırğızıstanın Aİİ-yə qoşulması barədə müqavilə qüvvəyə minir. Qırğızıstan Ermənistan, Belarus, Qazaxıstan və Rusiyadan sonra Aİİ-nin beşinci tamhüquqlu üzvü olur", - deyə məlumatda qeyd olunub.

Qoşulma haqqında müqavilə 23 dekabr 2014-cü il tarixində, müqavilənin ayrılmaz hissəsi olan protokollar isə bu ilin 8 may tarixində imzalanıb.

Sizin Reklam Yeriniz