Əlaqə Arxiv
news Image
2015.08.08
18:00
| A A A
Prezident İlham Əliyev Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib (FOTO)

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib.


Dövlət başçısına məlumat verilib ki, Siyəzən rayonunun bir neçə kəndini birləşdirən və hərəkətin intensiv olduğu bu yol uzun müddət təmir edilmədiyindən bərbad vəziyyətə düşmüşdü.


Prezident İlham Əliyevin 2012-ci il 11 iyun tarixli Sərəncamına əsasən yolun tikintisinə ilkin olaraq 7 milyon, daha sonra 5,7 milyon manat vəsait ayrılıb. 2012-ci ilin oktyabrında başlamış tikinti işləri bu ilin mayında yekunlaşıb. Eni 5, bəzi yerlərdə isə 7 metr olan 3-cü və 4-cü dərəcəli yola 10-11 santimetr qalınlığında asfalt döşənib. Yol üzərindəki mühəndis-texniki qurğular müasir səviyyədə qurulub. Rayonun 20 yaşayış məntəqəsini birləşdirən və 37,1 kilometr uzunluğunda olan bu rahat və abad yoldan ümumilikdə 4700-dək sakin istifadə edəcək.


Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.



Sizin Reklam Yeriniz