Əlaqə Arxiv
news Image
2015.08.08
19:00
| A A A
Yaraqlılar Əfqanıstanın paytaxtındakı NATO obyektinə hücum edib

Hücum Kabil aeroportu yaxınlığında törədilən partlayışla başlayıb və bir neçə saat davam edib

Yaraqlılar Əfqanıstanın paytaxtı Kabildəki NATO missiyasının obyektinə hücum edib. Nəticədə bir nəfər əsgər həlak olub.

Movqe.az xəbər verir ki, bu barədə yerli Khaama Press agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hücum cümə günü yerli vaxtla saat 22:15-də baş verib, lakin bu barədə yalnız bu gün məlum olub.

""Qəti dəstək" missiyasının bir hərbçisi həlak olub, iki yaraqlı zərərsizləşdirilib. Biz məlumat toplanmasına davam edirik" - agentlik məlumatdan sitatlar gətirir.

Agentliyin məlumatına görə, hücum Kabil hava limanının yaxınlığında törədilən partlayışla başlayıb və bir neçə saat davam edib. Bu partlayış cümə günü Əfqanıstanın paytaxtında törədilən üçüncü belə hadisə olub.


Sizin Reklam Yeriniz