Əlaqə Arxiv
news Image
2015.08.09
10:30
| A A A
Xaricdə döyüşən taciklər vətəndaşlıqdan məhrum ediləcəklər
Hazırda terror təşkilatlarında 600-dən çox ölkə vətəndaşı döyüşür

Ölkə xaricində fəaliyyət göstərən terror təşkilatlarına qoşulan taciklər vətəndaşlıqdan məhrum edilə bilərlər.

Movqe.az TASS-a istinadən xəbər verir ki, bu qayda milli parlamentin hər iki palatası tərəfindən təsdiq edilən və prezident Emomali Rahmon tərəfindən imzalanan ölkə konstitusiyasına yeni düzəlişlərdə nəzərdə tutulub.

Sözügedən fərman bu gün "Xovar" hökumət agentliyi tərəfindən dərc olunub.

Tacikistanın daxili işlər naziri Ramazon Rahimzodanın sözlərinə görə, hazırda Əfqanıstan və Suriyada "Taliban", "İraq-Şam İslam Dövləti" (İŞİD), Özbəkistan İslam hərəkatının tərəfində 600-dən çox ölkə vətəndaşı döyüşür. Onların sırasında onlarla qadın və uşaqlar da var.


Sizin Reklam Yeriniz