Venesuela seçkilərə hazırlaşır
Movqe.az xəbər verir ki, Venesuelada
bazar günü keçiriləcək Prezident seçkisi ərəfəsində ölkədəki siyasi
təzyiqlər daha da güclənib. Dövlət başçısı Uqo Çavez və müxalifətin
namizədi Henrik Kapriles mitinq meydanlarında xalqa səslənib.
7oktyabrda keçiriləcək Prezident seçkisində Uqo Çavezə qarşı
mübarizə aparacaq Henrik Kapriles minlərlə tərəfdarına səslənərək
Uqo Çavezi verdiyi sözləri tutmamaqla günahlandırıb. Kapriles
seçkilərə qarışan zorakılığı da qınayıb. Hakimiyyəti əsnasında əldə
etdiyi uğurları qeyd edən Çaves seçicilərdən yeni dövrdə də onu
dəstəkləməsini istəyib.