Əlaqə Arxiv
news Image
2015.08.11
15:00
| A A A
İran xarici işlər nazirinin Türkiyə səfəri təxirə salındı
İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin Türkiyəyə rəsmi səfəri təxirə salınıb.

Movqe.az xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.


Nazirliyin bəyanatında bildirilib ki, İran xarici işlər nazirinin səfəri təxirə salınıb: "Nazirin Türkiyəyə səfəri ilə bağlı yeni tarix müəyyən edilməyib".


Nazirliyin mətbuat xidməti səfərin təxirə salınması səbəbinə aydınlıq gətirməyib.


Qeyd edək bu gün M.Cavad Türkiyəyə rəsmi səfər edəcəkdi. Onun Ankarada Suriyadakı vəziyyəti və İŞİD-ə qarşı mübarizə məslələrinin müzakirə edəcəyi gözlənilirdi.


Rəsmi Ankaranın Tehrana Bəşər Əsədlə Suriyada siyasi problemin həllinin mümkün olmaması, terrorçu PKK-ya qarşı İranla əməkdaşlıq edilməsi, Kandilin (Türkiyə ərazisndək terrorçu PKK-nın düşərgəsi) hər iki dövlət üçün təhlükə mənbəyi olması mesajını verəcəyi ehtimal edilirdi.


M.Zərifin Türkiyədən sonra Livana getməsi və "Hizbullah" lideri Həsən Nəsrullah ilə görüşməsi nəzərdə tutumuşdu.


Sizin Reklam Yeriniz