Əlaqə Arxiv
news Image
2015.08.11
15:36
| A A A
Deputatdan jurnalistin ölümünü siyasiləşdirənlərə: "Oğul itkisilə üzləşənlərin yaralarına duz səpməkdənsə..."
"Hay-küy salanlar, bir gəncin faciəsi üzərində möhtəkirlik edərək "gəlin ağ köynək geyib küçəyə çıxaq", deyənlər, guya Rasim Əliyevin valideynlərindən daha çox onun ölümünə yanırlar? Əgər doğrudan da canları yanırsa yaxşı olar ki, oğul itkisilə üzləşənlərin yaralarına duz səpməkdənsə, dərdlərinə şərik çıxsınlar. Dinimiz necə tələb edirsə o cür, yəni öz dualarıyla". 

Movqe.az-ın məlumatına görə, bu sözləri millət vəkili Sahib Alıyev jurnalist  Rasim Əliyevin ölümünü siyasiləşdirənlərə cavab olaraq sosial şəbəkədəki hesabında yazıb:" Azərbaycanda jurnalisiti tənqidə görə öldürüblər". Rasim Əliyevin ölümü ilə bağlı qlobal mediada ən çox qabardılan budur. Yəqin elə bu üzdən də ötən il Ukraynada jurnalist Vladimir Martsişevski oğurlanıb öldürüləndə, ondan bir il sonra başqa bir jurnalist Oles Buzina evinin qabağında güllələnəndə susmağa üstünlük verən Avropa Şurasının baş katibi Torbyorn Yaqland kimilər reallıqla uyuşmayan bəyanatlar səsləndirirlər. Halbuki Ukraynada baş verənlər siyasi qətllər idi və qətiyyətlə pislənilməliydi. Rasim Əliyevin ölümünə gəldikdə isə bu məsələdə hakimiyyətin sorumluluğu istənilən bir Avropa ölkəsində oxşar olay baş verdiyi halda nə qədər olardısa o qədərdir. Nə az,nə çox...

 Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun təbirincə desək, görünür cənab Yaqlandın baş vermiş olay haqda yetərincə bilgisi yoxdur, olsa belə açıqlamada bulunmazdı.  Jurnalistin ölümündə suçlu olan hər kəs cəzalandırlmalıdır və cəzalandırılacaq da. Bu birmənalıdır. Çünki yenə də Prezidentin köməkçisinin vurğuladığı kimi cənab İlham Əliyev bu haqda uyğun strukturların rəhbərlərinə tapşırıq verib və məsələni də öz nəzarətinə götürüb. Və artıq tutulub saxlanılanlar da var. Elə isə bu hay-küy, möhtəkirliklər nəyə lazımdır? Hay-küy salanlar, bir gəncin faciəsi üzərində möhtəkirlik edərək "gəlin ağ köynək geyib küçəyə çıxaq", deyənlər guya Rasim Əliyevin valideynlərindən daha çox onun ölümünə yanırlar? Əgər doğrudan da canları yanırsa yaxşı olar ki, oğul itkisilə üzləşənlərin yaralarına duz səpməkdənsə, dərdlərinə şərik çıxsınlar. Dinimiz necə tələb edirsə o cür, yəni öz dualarıyla. Dövlətə gəldikdə, təssüf ki, hər nə etsə də, dövlət oğullarını onlara qaytara bilməyəcək. Amma bu gəncin ölümündə suçlu olanlar hamısı, əgər deyilənlər doğrudursa, olayda adı keçən həkim və digər tibb işçiləri də haqq etdikləri cəzanı almalıdrlar və alacaqlar da !..

Cəmiyyət olaraq isə hamımızın üzərində düşünməli olduğu məsələlər var. İnternetin verdiyi imkanlardan faydalanaraq bir şeyin mahiyyətinə varmadan ağzına gələni yazmaq nə dərəcədə doğurdur? Bu qəhrəmanlıqdırmı? Nədən biz çox zaman tənqidlə təhqirin yerini dəyişik salırıq? Onu edənlər də, üzləşənlər də. Hətta haqsz tənqid və yaxud təhqir edilmisənsə belə, bunun cavabını yumuruqla vermək, doğrudanmı bir çoxlarının düşündüyü kimi kişilikdir? Və nəhayət, peşəkar olmayan həkim, müəllim, mühəndis, jurnalist və sair ixtisas sahibləri haçan anlayacaq ki, oların "bir parça çörək üçün" bacarmadıqları işin qulpundan yapışmaları ləyaqətsizlikdir. Bəzən cinayətə yol açan ləyaqətsizlik!".

Sizin Reklam Yeriniz