Suriya sərhədində yaradılması planlaşdırılan "etibarlı bölgə" mövzusunda Türkiyə və ABŞ arasında ciddi fikir ayrılıqları yaranıb.Movqe.az xarici mətbuata isitinadən xəbər verir ki.Türkiyə və Amerika Birləşmiş Ştatları, Suriyanın şimalında bir "etibarlı bölgə" yaradılması planları mövzusunda bir-birinə zidd fikirlər səsləndirib. Bu vəziyyət, pərdə arxasında da gərginliyin davam etdiyinə işarə edir.NATO müttəfiqləri, iki həftə əvvəl Türkiyə sərhədindəki 61 millik (təxminən 98 km) bir bölgəni İraq Şam İslam Dövləti militanlarından təmizlənməsinə yardımçı olmaq üçün suriyalı müxaliflərə hava dəstəyi təmin edilməsi mövzusunda birlikdə çalışacaqlarını açıqlayıb.ABŞ-a ilk dəfə İncirlik daxil türk bazalarından istifadə etmək hüququ verilib və bazar axşamı Amerika F-16-ları əraziyə gəlib.Ancaq hansı Suriyalı qrupların təklif edilən bölgədə, İŞİD-la döyüşəcəyiyini və bunların Türkiyə və ya ABŞ-dan, nə cür dəstək alacaqları hələ naməlum olaraq qalır.Türk səlahiyyətliləri, etibarlı bölgənin yaradıla bilməsi üçün ABŞ-ın bölgənin İŞİD güclərindən təmizlənməsi üçün tam əməkdaşlıq edəcəyi mesajını verib. Ancaq ABŞ Xarici işlər nazirliyi sözçüsü Mark Toner açıqlamasında bildirib ki,bu mövzuda belə bir razılaşma hələ ki,yoxdur.İddiaları rədd etmədiyi bildirən Mark Toner hər hansı etibarlı bir bölgə yaradılması haqqında konkret danışığın olmamasını və bizim burada hələ ki, əsas məqsədimizin İŞİD-ı bölgədən çıxaramaq olduğunu vurğulayıb.