Əlaqə Arxiv
news Image
2015.08.14
10:45
| A A A
Radikal müxalifət yenə özünü gülünc duruma saldı
Elçin Mirzəbəyli: “Əvvələr də hakimiyyət düşərgəsindən korrupsiya əməllərinə görə qovulan insanlar müxalifət tərəfindən qəhrəmana çevrilib” Tahir Kərimli: «Bu, müxalifətin acizliyinin göstəricisidir»

Bu dəfə də Arif Məmmədov cinayəti yatmış müxalifəti oyatdı. Artıq müxtəlif korrupsiya əməllərində ifşa olunan sabiq səfiri AXCP və Milli Şuranın üzvləri özlərinə yeni lider kimi qəbul edirlər. Onun konkret cinayət əməlini siyasiləşdirməyə cəhd göstərirlər. Hansı ki, radikal müxalifət tərəfindən oxşar addım bundan əvvəl də atılıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, radikal müxaliflər üçün dəyər anlayışı yoxdur: "Həmin şəxs daha əvvəl verdiyi açıqlamalarda müxalifətin ünvanına sərt sözlər səsləndirib. Radikal müxalifətin isə özündən qəhrəman düzəltmək istəyi də onun korrupsiya əməlindən qaynaqlanır. Arif Məmmədov korrupsiya əməlinin nə vaxtsa ifşa olunacağını başa düşüb, bununla bağlı əvvəlcədən özünün korrupsiya əməllərini siyasiləşdirməyə cəhd göstərir. Məşhur söz var ki, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Bu baxımdan sabiq səfir Arif Məmmədovun davranışları radikal müxalifətin davranışlarına xas olan xüsusiyyətdir. Faktiki olaraq, bu gün Arif Məmmədovun əməllərinə haqq qazandıran insanlar da bütün fəaliyyətləri müddətində yalnız yalnış mesajlar verib, başqalarının maraqlarına xidmət ediblər. Yalnız bağırmaqla kifayətlənirlər. Ancaq davranışları təəccüblü deyil. Çünki, bu davranışlarla bundan öncə də hərəkət ediblər. Əvvələr də hakimiyyət düşərgəsindən korrupsiya əməllərinə görə qovulan insanlar müxalifət tərəfindən qəhrəmana çevrilib. Qısa müddət ərzində o düşərgədə təmsil olunmaları üçün müəyyən imkanlar yaradılır. Hazırda radikal müxalifəti yalnız bir iş maraqlandırır: Arif Məmmədovun korrupsiyadan əldə etdiyi vəsaitlərə göz dikiblər".

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə bildirdi: "Ona sual vermək lazımdır ki, səfir vəzifəsində çalışsa idin, bu cür hərəkətlər edərdinmi? Vəzifədən kənarlaşdırılan kimi dərhal müxalifət olursan. Müxalifət isə özünə lider axtarmaqda davam edir. Bu, həm də müxalifətin acizliyinin göstəricisidir. Müxalifətin hətta ən geridə qalmış liderini müdafiə etmək mümkün olardı. Amma Arif Məmmədovun özünü müxalifət kimi təqdim etməsi, prezidentlik iddiası, "ağ marş" keçirmək təklifi hədsiz dərəcədə gülünc və mənasız görünür. Əslində, onun hərəkətləri sona qədər gedən deyil. Heç sona qədər müdafiə də olunmayacaq. Hansısa populist addımdır".

Sizin Reklam Yeriniz