Əlaqə Arxiv
news Image
2015.08.14
12:30
| A A A
MSK sədri: “Seçkiləri boykot etmək doğru addım deyil”

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəzi mətbuat orqanlarında bu il keçiriləcək parlament seçkilərinin bəzi təşkilatların boykot edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Movqe.az xəbər verir ki, MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, ya müşahidəçi, ya da iştirakçı kimi seçkiləri boykot etmək doğru deyil: "Bu, demokratik dünyanın qəbul etmədiyi bir prinsipdir. Amma Azərbaycanda seçki prosesi şəffaf keçirilir, kim necə istəyirsə, fikir bildirə bilər. Seçkilər ona görədir ki, insanlar öz münasibətlərini göstərsinlər, seçimlərini etsinlər. Qarşıdakı müddətdə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkidə iştirak daha doğru addım olar. Çünki seçicilərin istəyinə uyğun parlament formalaşdırılacaq. Çoxluğun fikri ortada olmalıdır. Demokratiyada qəbul olunmuş prinsip çoxluğun fikridir".



Sizin Reklam Yeriniz