Əlaqə Arxiv
news Image
2015.08.14
12:50
| A A A
Maliyyə hesabatı verməyən partiyalarla bağlı tədbir görüləcək

"Siyasi partiyalar bu ildən maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyyalarına təqdim edirlər. Yəni, bu ilk təcrübədir. Yenilik olduğu üçün hər hansı narahatlığın yaranmasını müşahidə etmirəm". Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, maliyyə hesabatının təqdim edilməsi üçün bu ilin sonuna kimi vaxt var: "Ola bilər, bəzi partiyaların hansısa problemləri var. Biz bunu araşdırırıq. Əlbəttə ki, bu ilin sonunda qanunvericiliyin tələblərinə uyğun olaraq çox ciddi şəkildə tədbirlər görüləcək. Bununla bağlı məlumatlar veriləcək". Qeyd edək ki, rəsmi dövlət qeydiyyatından keçən 55 partiyadan 51-i maliyyə hesabatını MSK-ya təqdim edib.


Sizin Reklam Yeriniz