Müsahibimiz Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyevadır.
- Fatma xanım, Azərbaycanda növbəti parlametn seçkilərinin keçirilməsinə çox az vaxt qalıb. Rəhbərlik etdiyiniz partiya bu seçkilərə hazırlaşırmı?
- Təbii, istənilən siyasi partiya bütün seçkilərdə iştirak etməlidir. İstər parlament, istərsə də bələdiyyə seçkilərində. Siyasi partiyaların seçkilərdə iştirakı onun hansı gücə və elektorata malik olduğunu göstərir. Biz də bu dəfə keçiriləcək parlament seçkilərində iştirak edəcəyik. Artıq bu istiqamətdə işlərimizi sürətləndirmişik, partiyanın rayon təşkilat rəhbərlərinə müvafiq tapşırılaqlar verilib, partiyanın Seçki Qərargahı formalaşdırılıb və s. Bir sözlə seçkiyə ciddi hazırlaşırıq. Amma hansı dairədən namizədimizi irəli sürəcəyimizi hələ müəyyənləşdirməmişik. Yaxın günlərdə partiyanın ali rəhbər strukturunda bu məsələni müzakirə edəcəyik. Rəhbərlik nə qərar qəbul edərsə onu da həyata keçirəcəyik.
- Seçkilərə partiyaların blok və yaxud da birlik şəklində getməsinə münasibətiniz necədir? Sizin partiya be seçkilərdə müstəqil şəkildə qatılacaq, yoxsa hansısa blok tərkibində?
- Partiyaların seckilərə blok şəklində getməsi təbiidir. Amma mənə elə gəlir ki, bu gözlənilən effekti vermir. Azərbaycan praktikasında bunun dəfələrlə şahidi olmuşuq. Blokda partiyaların ayrı-ayrılıqda gücləri hiss olunmur. Gücsüz partiyalar güclü partiyaların kölgəsində gizlənmək məcburiyyətində qalırlar. Həm də seçki dairələrində namizədlərin irəli sürülməsi məsələsində də fikir ayrılıqları mövcud olur. Seçki günü yetişəndə isə bir partiyanın digər partiyaya namizədini dəstəkləyəcəyi vədi yerinə yetirilmir. Yəni blok şəklində partiyaların seçkilərə qatılmasının mayasında heç də şəffaflıq olmur. İqtidar düşərgəsində blok söhbəti yoxdur. Bu proses daha çox müxalifət düşərgəsində olur. Radikal müxalifət isə heç vaxt blok şəklində seçkilərdə qələbə qazanmayıb. Seçkiyə bir neçə gün qalmış yaratdıqları bloklarda parçalanmalar olub.
- Müxalifətdən söz düşmüşkən, onlar tərəfdən seçkilərin baykot çağırışları da gündəmə gələ bilər…
- Dəfələrlə bunun şahidi olmuşuq. Seçkiləri baykot etmək üçün əsas gətirilməlidir. Əsas gətirə bilməyən radikal müxalifət düşərgəsinin üzvləri dərhal baykot qərarını veriblər. Bu onların acizliyindən və xalq arasında nüfuzunun itirməsinin göstəricisidir. Müxalifət seçki baş tutmamış iddia edir ki, seçkilər saxta keçiriləcək, deputat mandatları artıq paylanılıb və s. Bunların hamısı məntiqsiz ittihamlardır. Seçkini baykot etmək və yaxud da edən siyasi partiyaların əsas məqsədi seçkilərin keçirilməsini əngəlləmək və Qərbin sifarişini yerinə yetirməkdir. Seçkidə iştirak etməklə gücünü göstərməlisən, seçkinin saxtalaşdırılmasının qarşısını almalısan, seçki təcrübəsini artırmalısan və s. Baykot çıxış yolu deyil
- Seçkidən sonra uduzan tərəf prosesin saxtalaşdırıldığını iddia edir…
- Bu təbiidir. Amma Azərbaycanda heş bir seçkinin saxtalaşdığını demək düzgün də deyil. Düzdür, seçki prosesində xırda qanun pozuntularına rast gəlinir. Bu da ya dərhal yherindəcə həll olunur. Ya da seçki bitəndən sonra aşkarlanan pozuntulara görə kimlərsə məsuliyyətə cəlb olunurlar, seçki məntəqələrinin nəticələri ləğv olunur və s. Bütün demokratik dövlətlərdə seçkilərdə qanunsuzluqlar qeydə alınır. Lakin Azərbaycanda büynəlxalq prinsiplərə cavab verən Seçki Məcəlləsi var. Bu Məcəllənin prinsiplərinə və qaydalarına cavab verən seçkinin keçirilməsində böyük saxtakarlıqların ola biləcəyindən söhbət gedə bilməz. Bundan başqa Azərbaycanda keçirilən bütün seçkiləri beynəlxalq müşahidəçilər tərəfindən izlənilir. Secki prosesi başa çatdıqdan sonra onlar ictimaiyyət qarşısına çıxıb müşahidələrinin nəticələrini açıqlayıblar. Seçkilərdə heç bir böyük qanun pozuntularına və saxtakarlığa rast gəlmədiklərini bəyanlayəblar. Seçkilərdə saxtakarlığın olduğunu və yaxud da oila biləcəyini yalnız radikal müxalifət düşərgəsi iddia edə bilər. Dəfələrlə şahidi olmuşuq ki, seçki günü onlar seçki məntəqələrində müxtəlif şoular yaratmaqla prosei pozmağa cəhdlər göstəriblər. Amma bu cəhdlər alınmayıb. Çünki Azərbaycan prezidenti və hakimiyyəti xalqa arxayındır. Bu arxayınlıq seçki saxtakarlığına yol verə bilməz.
- Siyasi çevrələrə nə təklif edərdiz?
- Seçkiyə qatılmaq. Seçkilərin demokratikləşdirilməsinə öz təhfələrini vermək. Bununla bağlı müzakirələr, diskussiyalar təşkil etmək, hakimiyyətə təkliflər vermək. Biz birlikdə demokratik seçkilərin keçirilməsini təmin etməliyik. Seçkilin keçirilməsinə mane olan daxili və xarici qüvvələrin cəhdlərinin qarşısını birlikdə almalıyıq. Bu dəfəki seçkilərdə məğlub olacağıqsa ruhdan düşməyək, məğlubiyyətimizə başqa don geyindirməyək. Növbəti seçkilərə hazırlaşaq. Seçkidən-seçkiyə təcrübəmizi artırmalıyıq, gücümüzü toparlamalıyıq. Məğlubiyyətimizin səbəbini hakimiyyətin seçkini saxtalaşdırmasında axtarmamalıyıq. Özümüzdə axtarmalıyıq.