Əlaqə Arxiv
news Image
2015.08.15
18:30
| A A A
Liviyada "İŞİD"in hücumu nəticəsində ölənlərin sayı 169 nəfərə çatıb

Benqazidə "İŞİD" yaraqlıları və Liviya ordusu arasında baş verən toqquşmalarda ən azı 42 nəfər ölüb, onlarla insan yaralanıb

"İŞİD" terrorçularının Liviyanın Siirt şəhərinə hücumu nəticəsində ölənlərin sayı 169 nəfərə çatıb.

Movqe.az "Sky News Arabia" telekanalına istinadən xəbər verir ki, Siirt şəhərində "İŞİD" yaraqlıları və digər radikal islam qruplaşmalarının nümayəndələri arasında sərt toqquşmalar nəticəsində onlarla ailə öz evini tərk etməyə məcbur olub. Bununla belə, "İŞİD" yaraqlıları şəhərə bir neçə hücum çəkib, cümə axşamı 30 dinc sakini qətlə yetirib, cümə günü isə şəhər rayonlarının birində yerləşən tibb mərkəzində müalicə olunan 22 xəstəni öldürüb.

Məlumata görə, ölkənin şərqindəki Benqazi şəhərində "İŞİD" yaraqlıları və Liviya ordusu arasında baş verən toqquşmalar nəticəsində ən azı 42 nəfər ölüb, onlarla insan yaralanıb. Hadisə yaraqlıların ticarət limanı yaxınlığında yerləşən ordunun mövqeyinə hücum çəkməsi nəticəsində baş verib. Hərbi mənbənin telekanala verdiyi xəbərə görə, ordu terrorçuların hücumuna cavab verərək onlarla yaraqlını məhv edib.


Sizin Reklam Yeriniz