Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, PKK liderlərindən Cəmil Bayıkla alınan reportajda PKK-nın ABŞ ilə bilavasitə kanallar vasitəsilə təmasa keçdiyi iddiası ortaya atılıb.Xəbərdə Bayıkın "Mesajlar gedib gəlir, iclaslar keçirilir, məktublaşmalar var və bu əlaqənin inkişafı da ola bilər"cümlələrinə yer verilir."PKK Türkiyə ilə qarşıdurmaları başa çatdırmaq üçün ABŞ-la gizlicə görüşür" başlıqlı xəbərdə, PKK-nın ABŞ-ın vasitəçiliyinə də isti baxdığı ön plana çıxarılır.Xəbərdə Bayıkın bu sözlərinə yer verilir: "ABŞ-ın Türkiyə ilə aramızda vasitəçilik etməsi lazım olduğu çağırışımızı təkrarlayırıq. Bizə bir zəmanət versələr üzərimizə düşən rolu yerinə yetiririk. Ancaq bir zəmanət verilməsə tək tərəfli addım da bilmərik".Ankara və PKK arasındakı qarşıdurmaların yenidən başlaması ilə İŞİD – ə qarşı mübarizənin daha da çətinləşdiyini ifadə edən xəbərdə bu günə kimi İŞİD -a qarşı ən təsirli güclərdən birinin kürdlər olduğu ifadə edilir.