Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın Prezidenti Coko Vidodoya başsağlığı verib.
Movqe.az-ın məlumatına görə, başsağlığında deyilir ki, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Qeyd olunur ki, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.