Əlaqə Arxiv
news Image
2015.08.19
10:00
| A A A
Beynəlxalq təşkilatlar da radikal müxalifətin yalanını çıxardı
Niyaməddin Orduxanlı: “Əli Kərimlinin yanında namizədliyi irəli sürüləcək şəxslər qalmayıb” Araz Əlizadə: “Bu insanların ambissiyaları ağıllarından daha çoxdur”

Qarşıdan gələn parlament seçkiləri ilə bağıl görülən işləri beynəlxalq qurumlar da yüksək qiymətləndirir. Hər halda ATƏT, Avropa İttifaqı rəsmilərinin açıqlamaları da belə deməyə əsas verir. Seçkilərin müasir tələblərə uyğun keçriləcəyinin bəyan edildiyi bir vaxtda müxalifətin bəzi təmsilçiləri bu mühüm prosesdən kənarda qalmaq niyyətlərini gizlətmir. Əsasən də Milli Şura və AXCP-nin timsalında bunları demək olar.

Siyasi şərhçilərin sözlərinə görə, radikal müxalifətin bu cür addım atmasına səbəb onların sosial dayağının olmamasıdır. Bununla da özlərini siyasi müstəvidən silmiş olurlar. Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı qeyd edir: "Beynəlxalq təşkilatlar ölkəmizdə normal seçki mühitinin olduğunu təsdiq edirlər. Amma radikal müxalifətin qanadı olan Əli Kərimli siyasi alver etmək niyyətindədir. İndi də ənənəsinə uyğun olaraq, benəlxalq təşkilatların vasitəsi ilə özünün və yaxın ətrafının mandat qazanmasına nail olmaq istəyindədir. O deyir ki, ölkədə şəffaf seçki mühiti yoxdur. Onda sual vermək lazımdır ki, iki il əvvəl sənin şöbə müdirinə çevrilən Cəmil Həsənli Milli Şuranın namizədi olaraq necə seçkiyə qatıldı? Onda seçki mühiti var idisə, indi nə dəyişib ki?!

Seçki Komissiyasının tərkibi də dəyişməyib. Belə olan halda o vaxt niyə prezident seçkilərinə qatıldın? Bunun özü onu göstərir ki, bu adam saxtakar insandır. Boykot çağırışı həm də ona görə irəli sürülüb ki, bu insanın yanında namizədliyi irəli sürüləcək şəxslər qalmayıb. Parlament seçkilərində adətən siyasi cəhətdən professional formalaşmış insanların namizədliyi irəli sürülür. Milli Şura yarananda 130 nəfərdən ibarət idi. Bu gün isə 60-70 nəfəri istefa verib, qurumdan uzaqlaşıblar. Orada Cəmil, Hənəsənli, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı və Əli Kərimli qalıb. Yəni, 125 dairədən kimi namizəd göstərəcəklər? Əli Kərimlinin yanında 17-19 yaşlı 5-10 nəfər tələbə gənc qalıb. Bunlar da siyasi təcrübəsi olmayan insanlardır. Amma onlar prosesləri düzgün analiz edən kimi Əli Kərimlinin çirkin siyasətçi olduğunu anlayaraq ondan uzaqlaşacaqlar".

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə onların biveç fəaliyyətinin günahkarı kimi özlərini görür: "1988-ci il 16-18 may tarixində ilk mitinqlərin təşkilatçıları mən olmuşam. Ondan sonra onlar mitinq keçirtməyin nə olduğunu başa düşdülər. Düzdür, o zaman insanlar mitinqə pulsuz gəlirdilər. Amma sonradan indiki radikal müxalifət xaricdən pul alıdılar deyə, insanları mitinqə pul ilə gətirirdilər.

İndi bunlar boykot-boykot deyirlər. Amma inanın ki, çoxu seçkiyə gedəcək. Boykot alınmayacaq. Bu günə qədər heç bir sözlərinə əməl edə bilməyiblər. Necə ki, bu günə qədər sayı məlum olmayan bloku yaradıblar. Sonradan hamısı da dağılıb. Çünki, bu insanların ambissiyaları ağıllarından daha çoxdur. Bu illər ərzində öyrəndikləri cəmi iki mübarizə üsulu var. Biri mitinqdir ki, heç kəsi toplaya bilmirlər. İkincisi isə boykotla təhdid etməkdir. Prezident seçkilərində nə qədər səs toladıqlarını gördük. Parlament seçkilərində fərqli nəsə olmayacaq. Hərdən özlərini ictimaiyyətə və xaricdən onlara dəstək verən qüvvələrə göstərmək istəyirlər ki, biz də varıq. Ancaq xarici dəstəkçilərin də səbr kasası dolub. Maliyyə dəstəyini azaldıblar. Yəni, boykot-boykot deyib heç nə edə bilməyəcəklər".

Sizin Reklam Yeriniz