Əlaqə Arxiv
news Image
2015.08.19
16:22
| A A A
Ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 141 adda dərslik və metodik vəsait çap olunub

2015/2016-cı tədris ilinə ölkənin ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, bunlardan IV və VI siniflər üçün 71 adda 2033290 nüsxə dərslik və müəllim üçün metodik vəsait artıq yerlərə çatdırılıb: "VIII siniflər üçün hazırlanmış 70 adda (2062080 nüsxə) yeni dərslik və müəllim üçün metodik vəsaitin isə yerlərə göndərilməsi prosesi davam edir".

Bundan əlavə, bir il öncədən 2016/2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün kurikulum əsasında 70 adda dərslik və müəllim üçün metodik vəsaitin hazırlanmasına (nəşrinə) dair 22 lot üzrə açıq tender elan olunub. Müsabiqənin oktyabrın sonunda yekunlaşdırılması nəzərdə tutulur.


Sizin Reklam Yeriniz