Əlaqə Arxiv
news Image
2015.08.19
17:46
| A A A
Türkiyə: Baş nazir koalisiya höküməti yarada bilmədi
Türkiyə baş naziri Əhməd Davudoğlu, koalisiya höküməti yaratmağa nail ola bilmədiyini etiraf edib.

Baş nazir Davudoğlu millətçi MHP partiyasının rəhbərliyilə keçirdiyi danışıqlardan sonra koalisiya höküməti yaratmaq istiqamətində görülmüş bütün səylərin nəticəsiz bitdiyini bildirib.Movqe.az türk mətbuatına istinadən xəbər verir ki,baş nazir Davudoğlu koalisiya hökümətini yarada bilmədiyini prezident Erdoğana ötən gün çatdıraraq hökümətin formalaşdırılması üçün ona verilmiş mandatı geri qaytarıb.Türkiyənin aparıcı müxalifət partiyası CHP bu arada bildirib ki, yeni höküməti formalaşdırmaq şansı indi bu partiyaya verilməlidir.Bazar gününədək hökümət yaradılmasa, prezident Recep Tayyip Erdoğan hazırkı höküməti buraxıb yeni seçkilər keçirilənədək müvəqqəti keçid höküməti təyin etməlidir.Türkiyənin müxalif partiyaları isə iki lideri AKP-nin maraqlarına cavab verən təkrar seçki keçirmək üçün siyasi manipulyasiyalara əl atmaqda ittiham ediblər.Hökümətyönlü qəzetlərin proqnozlarına görə, təkrar seçkidə AKP tələb olunan sayda səs toplaya biləcək.Bu nəticəyə hakim partiya iyun ayında nail ola bilməmişdi.İyun seçkilərinin nəticələri Erdoğanın prezidentlik səlahiyyətlərini genişləndirmək ambisiyalarına ciddi zərbə vurmuşdu.

Sizin Reklam Yeriniz