Koreyada müharibə başladı: prezident bunkerə düşdü
Şimali Koreya və Cənubi Koreya arasındakı gərginlik müharibə vəziyyətinə qədər yaxınlaşıb. Movqe.az xarici mediaya istinadən xəbər verir ki, hərbi mənbələr "Renxap" agentliyinə açıqlamasında Cənubi Koreya ordusunun şimaldan açılan atəşə artilleriya atəşi ilə cavab verdiyini bildirib.
Mənbə qeyd edib ki, Cənubi Koreya ordusu 155 millimetr kalibrli silahlardan bir neçə yaylım atəş açıb. Həlak olan və yaralananlar barədə məlumat verilmir.
KİV-in məlumatına görə, Cənubi Koreya prezidenti Pak Kın Xe sərhəd bölgələrindəki vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasın yeraltı bunkerdə keçirildiyi deyilir. İclasda sərhəddə yerləşən yaşayış məntəqələrindəki əhalinin təxliyə olunması barədə qərar qəbul edilib.