Qərbin təzadlı siyasət yenə də özünü göstərdi. ATƏT Daimi Şurasının 19 avqustda keçirilən iclasında Azərbaycanda hüquq və azadlıqların pozulması iddia oludu. Halbuki, bunun üçün heç bir konkret əsas mövcud deyil.
Elə bu səbəbdən Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT Daimi Şurasının 19 avqustda keçirilən iclası ilə bağlı bəyanat yayıb. Bəyanatda ABŞ, Avropa İttifaqı, Kanada və Norveç nümayəndələrinin iclasda Azərbaycanda insan haqlarının vəziyyətinə dair məsələ qaldırmasına etiraz bildirilir. Göründüyü kimi, bu vəziyyət Qərbdə hələ də Azərbaycana qarşı məkrli mövqenin olduğunun bariz nümunəsidir. Halbuki, bu cür məkrli mövqe ilə yanaşı, Qərb daimi Azərbaycanla əməkdaşlıq maraqlı olduğunu iddia edir. Siyasi təhlilçilərin fikrincə, ölkəmizə qarşı aparılan qərəzli kampaniyanı bütövlükdə Qərbin adı ilə bağlamaq düzgün olmazdı. Bu siyasətin arxasında müəyyən dairələr var. Təzadlar da məhz bundan qaynaqlanır.
Politoloq Arzu Nağıyev bildirir ki, Qərbin ölkəmizə qarşı bu cür yanaşmasında təəcüblü heç nə yoxdur: "Çünki bunun bir adı var - ikili yanaşma. Ümumiyyətlə, bu gün dünyada baş verən hadsiələr bir daha göstərir ki, hegemonluq etməyə çalışan dövlətlər dini, irqi fərqindən asılı olaraq hər bir ölkəyə öz maraqları çərçivəsində yanaşırlar. İslamofobiya, ksenofobiya bu gün adi bir hala çevirilib. Bu, tək Azərbaycanın timsalında deyil, Türkiyə və digər dövlətlərdə də özünü göstərməkdədir. Adını çəkdiyiniz dövlətlər də bu maraqdan çıxış edirlər. Dəfələrlə bu haqda onlara dəqiq arqumentlərlə dəlillər gətirilsə də, faktlar ortaya qoyulsa da, öz məkrli siyasətlərindən əl çəkmirlər. İqtisadi layihələrdə isə əksinə, Azərbaycanın karbohidrogenlərinə ehtiyacları olduqları üçün hər zaman əməkdaşlıq etməyə hazır olduqlarını bəyan edirlər. Üçüncü məqam isə Qərbdəki erməni lobbisinin anti-Azərbaycan fəaliyyətidir. Təəssüf ki, bizim daxilimizdən də bu mövqeni dəstəkləyən qüvvələr mövcuddur və onların ötürdükləri qeyri-obyektiv məlumatlar əsasında müəyyən qərarlar qəbul olunur".
Digər politoloq Oqtay Sadıqzadə bildirir ki, Azərbaycan Avropaya inteqarasiyaya hərtərəfli can atdığı halda, həmin dünyada Azərbaycanın bu marağını qəbul etməyən müəyyən dairələrin olduğu faktdır: "Həmin dairələr ölkəmizin inkişaf etməsini, müstəqil siyasət yürütməsini qəbul edə bilmir. Bununla da bütün hallarda Azərbaycanda qüsur axtarmağa çalışıblar. Ancaq inkişaf edən ölkənin müəyyən problemləri ola bilər. Ölkəmiz də bunu gizlətmir. Problemlərin həllində dostlarla birgə çalışır. Amma kiçicik problemlərə böyüdücü şüşə altında baxmaq, onu qloballaşdırmaq və ən əsası ölkəmizdəki inkişafı görməmək həmin dairələrin məramına çevrilib. O baxımdan da həmin mərkəzlər üçün Azərbaycanda insan hüquqları ilə bağlı vaxtaşırı yalan informasiyalar yaymaq artıq adət halına çevrilib. Zaman-zaman həbsxanalarda məhbuslara qarşı işgəncələrin verilməsi, jurnalistlərin tutulması, bloqerlərin susdurulması kimi "ağ yalan"ların hesabatları yayılıb. Amma elə Avropanın başqa nümayəndələri isə zaman-zaman insan hüquqları və demokratiyanın qurulmasında Azərbaycanda vəziyyətin digər MDB ölkələri ilə müqayisədə həddən artıq yaxşı olduğunu bildirirlər. Bütün bunlara baxmayaraq, dünya Azərbaycanın sülhün tərəfində olduğunu tanıyıb. Elə Azərbaycan da Avropanın ləyaqətli bir üzv olmasında böyük bir marağı var. Bütün hallarda ölkəmiz kimin nə nə deməyi ilə yox, özünün daxili inkişafından gələn məzmunla demokratiyanın dərinləşməsində, insan hüquqlarının qorunmasında maraqlıdır. Bu xətt bundan sonra da davam etdiriləcək" .