Əlaqə Arxiv
news Image
2015.08.21
19:50
| A A A
Azərbaycanın turizm bölgələrindən birində polis bölməsi yaradılıb

Ramil Usubov inzibati binanın açılışında iştirak edib

Azərbaycanın turizm bölgələrindən birində polis bölməsi yaradılıb. Bu barədə Movqe.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qusar rayonunda ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədilə rayon mərkəzindən uzaqlığını nəzərə alaraq, Azərbaycan Prezidentinin tapşırığı ilə Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edən ərazi polis bölməsi yaradılıb.

Bu gün həmin ərazidə inşa edilmiş ən müasir standartlara uyğun inzibati binanın açılışı olub.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib, tapşırıq və tövsiyələrini verib.


Sizin Reklam Yeriniz