Movqe.az-ın "TASS"a istinadən verdiyi xəbərə görə, Filip Xammond ölkəsinin İrandakı 2011-ci ildən fəaliyyətini dayandırmış səfirliyinin açılış mərasimində iştirak edəcək.
"Bizim münasibətlər 2011-ci ildən bəri yaxşılaşıb. Prezident Həsən Ruhaninin seçkilərdə qələbə qazanması və İranın nüvə proqramı ilə bağlı mühüm sazişin əldə olunması bunun üçün böyük zəmin yaratdı. Mən daha da irəli getmək üçün bizdə potensial olduğuna inanıram. Səfirliklərin açılması ikitərəfli münasibətlərin yaxşılaşması istiqamətində atılan çox mühüm bir addımdır", deyə Filip Xammond qeyd edib.
Xammondun sözlərinə görə, London İran və "altılıq" ölkələri arasında əldə olunmuş sazişin iki ölkə arasında həm ticarət dövriyyəsinin, həm də iqtisadiyyata yatırılacaq sərmayələrin artırılması üçün təkan olmasına çalışır.
İki ölkə arasında münasibətlər tam normallaşanadək səfirliklərin ilk mərhələdə işlər müvəkkili səviyyəsində fəaliyyət göstərəcəyi gözlənilir.