Əlaqə Arxiv
news Image
2015.08.23
15:00
| A A A
Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının rəhbəri vəzifəsindən istefa verib
Fələstin prezidenti Fələstin Azadlıq Təşkilatının sədri vəzifəsindən istefa verib.

Movqe.az-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Al Arabia telekanalı məlumat yayıb.

 

Məlumata görə, Mahmud Abbasdan başqa daha 9 yüksək vəzifəli məmur istefa qərarı verib.

 

Fələstin lideri istefa qərarını hökumətin iclası zamanı çıxışında elan edib.

 

Bu arada İsrailin baş naziri Binyamin Netanyahu və  Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub. Məlumata görə, bu iki lider arasında son iki ildə ilk telefon danışığıdır. Binyamin Netanyahunun ofisinin yaydığı məlumata görə, İsrailin baş naziri Mahmud Abbasla telefon danışığı zamanı "İsrail vətəndaşlarının sülh istədiyini" və "İsrailin regionda sabitliyə nail olmaq üçün səylərini davam etdirəcəyini" bildirib. Fələstin lideri, öz növbəsində, ilin sonunadək sülh sazişinin əldə olunmasının vacibliyini qeyd edib. 


Sizin Reklam Yeriniz