Əlaqə Arxiv
news Image
2015.08.23
22:30
| A A A
Əfqanıstanda terror aktı nəticəsində üç NATO əməkdaşı həlak olub

Təqribən 70 nəfər yaralanıb

Ötən gün Əfqanıstanın paytaxtı Kabilin mərkəzində baş verən partlayış nəticəsində ən azı 12 nəfər ölüb, təqribən 70 nəfər yaralanıb.

Movqe.az "Euronews"a istinadən xəbər verir ki, ölənlər arasında NATO-nun Əfqanıstandakı missiyasının üç əcnəbi əməkdaşı da var.

Terror hadisəsi diplomatik məhəllədə, ABŞ səfirliyi və Əfqanıstanın Səhiyyə Nazirliyinin bir neçə yüz metrliyindən törədilib.

Bomba qoyulmuş avtomobil yaxınlıqdan NATO konvoyu keçərkən partladılıb.

Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.


Sizin Reklam Yeriniz