Əlaqə Arxiv
news Image
2015.08.25
10:30
| A A A
Cəbhədə ermənilərə böyük zərbə
Düşmən həm canlı qüvvə, həm də hərbi texnika sarıdan daha çox itkiyə məruz qalır

Cəbhədə atəşkəsin pozulması və təxribat əməlləri düşmənə getdikcə daha baha başa gəlir. Həm şəxsi heyət, zəm də hərbi texnika baxımından düşmənin itkisi sürətlə çoxalır. Xatırladaq ki, son təxribtlar fonunda düşmən artıq bir neçə pilotsuz uçuş aparatını (PUA) itirib.

Elə bu ayın əvvəllərində Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri Ermənistan Silahlı Qüvvələrinə məxsus iki "Krunk-25" taktiki pilotsuz uçuş aparatını məhv edib. Pilotsuz aparatlar cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd edərkən vurulub. Qeyd edək ki, "Krunk-25" pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə edilir. Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60kq, uzunluğu 3.8 metr, qanadların açılma uzunluğu 5 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti 150 km/saatdır. Xatırladaq ki, bundan əvvəl düşmənin 4 pilotsuz uçan aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Canıl qüvvə baxımından da ermənilərin itkiləri kifayət qədərdir. Bu arada yayılan rəsmi məlumatlara ermənilərin yenə də cəbhədə əsgər itirdyini göstərir. Belə ki, avqustun 22-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib.

Ermənistan tərəfi növbəti dəfə itkilərini xalqından gizlətməyə cəhd etməsinə baxmayaraq, əldə olunan məlumata əsasən düşmənin 5 hərbi qulluqçusu məhv edilib və 8 nəfər yaralanıb. Qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfinə meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Düşmənin atəşi nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu yüngül qəlpə yarası alıb. Təxirəsalınmaz ilkin tibbi yardımdan sonra hərbi qulluqçulara daha yüksək ixtisaslı yardım göstərilməsi məqsədilə onlar hərbi tibb müəssisəsinə çatdırılıb. Həkimlərin sözlərinə görə yüngül qəlpə yarası almış hərbi qulluqçuların vəziyyəti qənaətbəxşdir, onların həyatı üçün heç bir təhlükə yoxdur. Göstərilən tibbi yardımdan sonra hərbi qulluqçular hərbi hissəyə qaytarılıblar. Şəxsi heyətin mənəvi-psixoloji reabilitasiyası üzrə təşkil olunan və həyata keçirilən iş nəticəsində hərbi qulluqçuların döyüş əzmi və qələbə ruhu yüksək səviyyədədir. Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşməsinə və işğalçıların sıralarında baş verəcək insan itkilərinə görə məsuliyyət bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Müdafiə Nazirliyi əvvəlcədən xəbərdarlıq edir ki, Ermənistanın hərbi rəhbərliyindəki əliqanlı yaramazları cilovlamaq məqsədilə düşmənin mövqelərinə endiriləcək zərbələr daha sarsıdıcı, təsirli və amansız olacaq. Beləliklə, cəbhədə vəziyyətə birmənalı şəkiləd Azərbaycan Ordusu nəzarət edir. Topların və digər artilleriya silahlarının işə düşməsi isə müharibə ehtimalını artırsa da, düşmən üçün bu vəziyyət daha çox vahimə yaradır. Azərbaycan Ordusu isə mümkün mühariəbyə tam hazırdır. Elə bu günlərdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik və birləşmələrin döyüşə hazırolma səviyyəsini yoxlayıb. Qəfil həyacan siqnalı ilə qaldırılan qoşunların hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək üzrə bacarıqları və manevr imkanları yoxlanılmaqla praktiki döyüş atışları icra olunub. Müdafiə naziri yoxlanılan hərbi hissələrin döyüş və əməliyyat imkanlarını, hərbi əməliyyatları aparmaq qabiliyyətini yüksək qiymətləndirib.

Belləiklə, real vəziyyət cəbhədə ermənilərin bu gedişlə həm canlı qüvvə, həm də texnika itkisinə məruz qalacağını göstərir. Bu isə Azərbaycan ərazilərinin işğaldan azad olunacağı günün də uzaqda olmadığını deməyə əsas verir.




Sizin Reklam Yeriniz