Əlaqə Arxiv
news Image
2015.08.25
15:00
| A A A
Səfirlik: Beyrutda Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün heç bir təhlükə yoxdur

Beyrutda baş verən iğtişaşlar Livanda daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə təhlükə törətmir. Movqe.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Livandakı səfirliyinin attaşesi Ramil Bağırov deyib.


Hazırda Beyrutda Livan vətəndaşları ilə ailə həyatı quran bir neçə Azərbaycan vətəndaşı və ölkənin müxtəlif universitetlərində təhsil alan bir qrup tələbə yaşayır. Diplomat qeyd edib ki, bu vətəndaşların hamısı iğtişaşların baş verdiyi mərkəzdən uzaqda yaşayır.


O bildirib ki, səfirliyin yerləşdiyi diplomatik rayon nümayişin keçirildiyi yerdən uzaq məsafədədir.


Diplomatik missiya Beyrutda yaşayan vətəndaşlarımıza ehtiyatlı davranmağı və insanların kütləvi toplaşdığı yerlərdən uzaq olmağı tövsiyyə edib.


Problem yarandığı təqdirdə vətəndaşlar səfirliklə aşağıdakı telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər: +9614524489.


Sizin Reklam Yeriniz