Əlaqə Arxiv
news Image
2015.08.25
18:50
| A A A
İran yeni qanadlı raketlərin istehsalına başlayıb

İranın Müdafiə Nazirliyi "hava-yer" tipli "Nasr" qanadlı raketlərin istehsalına başlayıb. Movqe.az bu barədə IRNA agentliyinə istinadən məlumat verir.


Yaxın radiuslu "Nasr" qanadlı raketi hədəfi 35 kilometrdən məhv edə bilir.


Raketlərin istehsala başlamasına həsr olunan mərasimdə İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqan iştirak edib.


Nazir bildirib ki, Silahlı Qüvvələrin hərbi gücünün möhkəmləndirilməsi və müdafiə qabiliyyətinin artırılması üçün İranın raket potensialının inkişafı ölkənin müdafiə nazirliyinin əsas strategiyalarından biridir.


H.Dehqan həmçinin qeyd edib ki, "Nasr" qanadlı raketlərin Hərbi Hava Qüvvələrinə və İslam İnqilabı Keşikçiləri Korpusuna verilməsi onların operativ və taktiki imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.


Sizin Reklam Yeriniz