Əlaqə Arxiv
news Image
2015.08.26
14:30
| A A A
Dövlət Başçısının birinci müavininə sui-qəsd planı

Movqe.az xəbər verir ki, Əfqanıstan Dövlət Başçısının birinci müavini Raşit Dostuma sui-qəsd planlaşdıran üç nəfərin tutulduğu bildirilib.

Ölkənin şimalındakı Faryab vilayətinin Kaysar qəsəbəsinin təhlükəsizlik müdiri Nizamuddin, Dostuma sui-qəsd hazırlayan üç adamın Zuri kəndində təşkil edilən xüsusi əməliyyatda canlı bomba halında 3 nəfərin saxlandığını deyib.

Əməliyyatın vətəndaşların verdiyi xəbər nəticəsində baş tutduğunu deyən Nizamuddin, aktivistlərin sorğuda günahlarını etiraf etdiyini söyləyib.

Nizamuddin canlı bomba halında olan aktivistlərin Dostuma sui-qəsd təşkil etmək üçün xüsusi hazırlıq aldıqlarını bildirib.

Təxminən bir aydır Taliban təşkilatına qarşı həyata keçirilən əməliyyatları idarə etmək və əsgərlərə mənəvi dəstək vermək üçün Faryab vilayətində olan Raşid Dostumun konvoyuna dörd gün əvvəl də Kaysar qəsəbəsində hücum təşkil edilmişdi. Dostumun hücumdan yara almadan xilas olduğu açıqlanmışdı.

Sizin Reklam Yeriniz