Əlaqə Arxiv
news Image
2015.08.26
15:35
| A A A
Bəşər Əsəd: ABŞ Türkiyəyə bel bağlamır
Suriya prezidenti Bəşər Əsəd, Türkiyənin Suriya ilə bağlı xəyallarının çökməsiylə tampon bölgəyə ümid bağladığını irəli sürdü.

Movqe.az türk mətnbuatına istinadən xəbər verir ki, Hizbullaha aid Livan televiziyası Əl Manarla fikirərini bölüşən  Əsəd, prezident Rəcəb Tayyib Ərdoğanın "sultan olma xəyalları qurduğunu" iddia edib və "Misir və Tunisdə yaşananlarla bu xəyallara qapılıb. Amma mövcud vəziyyətdə bu xəyalları suya düşdü" dedi.

"Ərdoğanın bu dəfə Suriyada tampon bölgə qurma xəyalları qurduğunu" qarşıya qoyan Əsəd, ABŞ-ın icazəsi olmadan bunu edə bilməyəcəyini bildirib.Suriya prezidenti ABŞ-ın Türkiyəyə bel bağlamadığını da iddia edib.ABŞ-ın yalnız Suriya deyil, Türkiyə kimi müttəfiqlərini zəiflətməyə çalışdığını və xaosa apardığını"söyləyib.


"Rusiya və İranın tam dəstəyi davam edir"


Tehranın Qərb ilə nüvə böhranında razılaşma əldə etməsinin ardından İran və Rusiyanın Suriyaya dəstəyinin azaldığı istiqamətində iddialar  da dilə gətirilib.Əsəd bu iddialarla əlaqədar verilən bir sual üzərinə "Rusiya və İranın dostlarını tək qoymadığını, özlərinə dəstəyin tam olaraq davam etdiyini" söyləyib.


Hizbullah xadimlərinin Suriyadakı qarşıdurmalarının  "qanuni" olduğu qənaətində olan Əsəd belə dedi:


"Hizbullah və rejim əleyhdarı xarici döyüşçülər arasındakı fərq qanunidir. Hizbullahı Suriyaya kim dəvət etdi? Hizbullah, Suriya dövləti olan razılaşmadan sonra  gəlib və Suriya dövləti də qanuni bir dövlətdir. Halbuki digər terrorist qüvvələr Suriya xalqını öldürməyə gəliblər."

Əsəd, BMT-nin Suriyadaki xüsusi nümayəndəsi Staffan də Misturayı da tənqid etdi və Misturayı "tərəfli şərhlər etməklə" günahlandırıb

IŞİD-a qarşı beynəlxalq bir koalisiya içində yer alıb-almayacaqlarına dair verilən bir  bir suala isə Əsəd, "Suriya rəhbərliyinin belə bir ittifaqı rədd etməyəcəyini amma terrorizmə dəstək verən ölkələrin terrorizmlə mübarizə etməsinin mənasız olduğunu" bildirib.

Sizin Reklam Yeriniz