Əlaqə Arxiv
news Image
2015.08.26
16:46
| A A A
Rəfail Becanov Əli Kərimliyə “vəzifə” verdi
Milli Şura “məhəlli şura”ya çevrilib

"Əli Kərimli Milli Şuranı mətbuat xidmətinə çevirib". Bu sözləri AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Rəfail Becanov özünün facebook səhifəsində bildirib: "Mən Cəmil Həsənliyə hörmət edirəm. Alimdir, professordur. Bir çox tarixi kitabların müəllifidir. Təəssüf edirəm ki, özünə aid olmayan məsələlərə qarışır. AXCP ətarfında baş verən son olaylarla bağlı bildirib ki, Rəfail Becanov 20-ci əsrdə partiyadan gedib. Dolayısı ilə mənim bu proseslərdə olmağımın hansısa maraqdan irəli gəldiyini bildirib. Cəmil müəllimin tarixçi kimi faktları unutmadığına əminəm. Axı,Cəmil müəllim özü də 21-ci əsrdə - 2005-ci ildə AXCP-dən çıxarılıb. Özü də konkret şəxsi maraqlarına, deputat mandatına görə. Cəmil Həsənliyə xatırlatmaq istəyirəm ki, Əli Kərimlinin Xalq Cəbhəsinin fəaliyyətində yalnız bir rolu olub: partiyanı dağıtmaq, partiya üzvlərinə böhtan atmaq, onları şantaj etdirmək. Elçibəyin sədrliyi vaxtında kampaniyanı birbaşa Bəyə qarşı yönəltmişdi. Onun yaxın ətrafının, jurnalist şəbəkəsinin, əlində olan qəzetinin fəaliyyəti bundan ibarət olub. Təəssüf ki, onun yaxın ətrafına daxil olmuş bu şəbəkənin keçmiş üzvlərindən biri olan Cəmil Həsənli Milli Şuranın sədridir. Azərbaycanda yaradılan Milli Şuraların ölkənin siyasi həyatında hər zaman özünəməxsus yeri olub. Yəni, o qədər möhtəşəm bir qurum olublar ki, Azərbaycanın taleyini həll ediblər. 1918-ci ildə Rəsulzadənin başçılıq etdiyi Milli Şura Azərbaycanın müstəqilliyini elan etdi, yoxdan bir dövlət yaratdı. Dünya dövlətləri sırasına yeni bir dövlət – Azərbaycan Demokratik Respublikası bəxş etdi. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin təşəbbüsü ilə Azərbaycan Ali Sovetinin bütün səlahiyyətlərinin icraçısı olan Milli Şura Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasında öz yeri olan, ölkənin demokratikləşməsində şərəfli və unudulmayacaq bir fəaliyyət göstərib. İndi Milli Şura deyilən bir qurumu Əli Kərimlinin mətbuat xidməti səviyyəsinə endirmək nəyə lazımdır ki?! Təəssüf ki, bu gün Milli Şura və onun sədrinin fəaliyyəti bundan ibarətdir. Əslində bu da Əli Kərimlinin AXCP-də həyata keçirdiyi siyasətin, yanaşmanın davamıdır. Milli Şura "məhəlli şura"ya çevrilib...

Sizin Reklam Yeriniz