Movqe.az xəbər verir ki, Kürd peşmərgələrin, İraqın şimalındakı Kərkük vilayətində İraq Şam İslam Dövləti (İŞİD) güclərinə qarşı yeni bir hücum başlatdığı bildirilib.
İŞİD-in yay aylarında bölgədən çəkilməsini təmin peşmərgələr, aldıqları yerləri mühafizə etməyə və İŞİD-i Kərkükdən tamamilə çıxarmağı çalışırlar.
İngiltərənin "Reuters" xəbər agentliyi peşmərgələrin paytaxt Bağdadın 175 kilometr şimalındakı Dakuk qəsəbəsində səhərə qarşı hücuma keçdiyini bildirib.
"Reuters"ə danışan bir peşmərgə, İŞİD döyüşçülərinin Əlbu Nəcm kəndindən çıxarıldıqlarını, yaxındakı bir digər kənddə isə qarşıdurmaların davam etdiyini söyləyib.
İraq Kürdüstan Regional rəhbərliyinə yaxın "Rudaw" xəbər agentliyində isə əməliyyatlarda ən az 18 işidi döyüşçüsünün öldürüldüyü və Dakuk qəsəbəsi yaxınlarında ən az 10 kəndin geri alındığını yazılıb.
"Rudaw"a danışan peşmərgə komandiri Cəfər Mustafa "İŞİD Kərkükdən tamamilə çıxarılana qədər dayanmayacağıq" deyib.
Səhərə qarşı başlayan əməliyyatlara ABŞ liderliyindəki İŞİD əleyhdarı koalisiyanın da havadan sıx dəstək verdiyi ifadə edilib.
İŞİD-in təxminən 120 kilometr geri çəkildiyi bildirilərkən, döyüşçülərin boşaltdıqları əraziyə mina döşədikləri deyilib.
Bölgədəki morg işçisi isə qarşıdurmalar əsnasında yol kənarına yerləşdirilən bir bombanın partlaması nəticəsində bir peşmərgə komandirinin öldüyünü deyib.
Kürd peşmərgələr son dövrdə İŞİD-ə qarşı aparılan mübarizədə əhəmiyyətli bir rola sahipdir.
Peşmərgələr Şimali İraqda ABŞ liderliyindəki koalisiya qüvvələrinin hava hücumlarının da köməyi ilə İŞİD-in bəzi bölgələrdən çəkilməsini təmin edib.
Ancaq Kərkük vilayətinin əhəmiyyətli bir hissəsi hələ İŞİD-in idarəsindədir.