Əlaqə Arxiv
news Image
2015.08.27
18:55
| A A A
İsveçdən BMT-ə təcili çağırış

Movqe.az xəbər verir ki, İsveç xarici işlər naziri Margot Wallström terror təşkilatı İŞİD-in qadın və uşaqlara qarşı tətbiq etdiyi zorakılığa qarşı tədbir alınması məqsədi ilə Birləşmiş Millətlər Təşkilatına ( BMT ) təcili toplanma çağırışı edib.

Wallström çağırışında terror təşkilatının qadın və uşaqlara tətbiq etdikləri, xüsusilə cinsi zorakılığın qəbul edilə bilməz olduğunu deyərək BMT-nin bu mövzuda təcili olaraq tədbir almasının lazım olduğunu bildirib.

Wallström həmçinin BMT Təhlükəsizlik Şurasından da xüsusi bir yığıncaq tələb edəcəyini açıqlayıb.

İsveç xarici işlər naziri Wallström, nazirlik vəzifəsinə başlamadan əvvəl qarşıdurma bölgələrindəki cinsi şiddətə qarşı BMT-nin ilk xüsusi nümayəndəsi vəzifəsində idi.


Sizin Reklam Yeriniz