Türkiyədə kommunistlər seçkiyə iki partiya ilə qatılacaq
Türkiyədə Böyük Millət Məclisinə keçiriləcək seçkidə 29 siyasi partiya iştirak edəcək.
Movqe.az türk mətbuatına istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
İyunun 7-də keçirilən seçkidə baryeri keçən hakim Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Milliyyətçi Hərəkat, Xalqların Demokratik partiyaları ilə yanaşı, kommunistlərin iki siyasi təşkilatı (Türkiyə Kommunist, Kommunist partiyaları) da iştirak edəcək.
Qeyd edək ki, seçkilər noyabrın 1-də keçiriləcək.