Əlaqə Arxiv
news Image
2015.08.28
12:50
| A A A
Markov: Dağlıq Qarabağ közərən qaynar nöqtədir

"Normal diplomatik münasibətlər bərpa edilməlidir".

Dağlıq Qarabağda münaqişə dondurulmayıb, bu, közərən qaynar nöqtədir, o artıq ildə iki dəfə daha ciddi qarşıdurmaya çevrilir. Bu, ATƏT-in Minsk qrupunun öz işini o qədər də yaxşı yerinə yetirmədiyini göstərir. Düşünürəm ki, bu, ABŞ-ın onun fəallığının qarşısını aldığı üçün baş verir.

Movqe.az xəbər verir ki, bu barədə Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov KM.RU-ya verdiyi müsahibədə bəyan edib.

Onun sözlərinə görə, ardı kəsilməyən hərbi qarşıdurmalar nəhəng problemlər kompleksini həll etmək üçün hər hansı bir yolun tapılmasının labüdlüyünü göstərir.

"Onların arasında əlbəttə mühüm olanı – Dağlıq Qarabağ ətrafında olan Ermənistan tərəfindən nəzarət edilən və gələcəkdə dəyişmə üçün nəzərdə tutulan, boş qalmış altı rayona azərbaycanlı qaçqınların qaytarılmasıdır.

Nəhayət, vəziyyətin həlli tapılması üçün normal diplomatik münasibətlər bərpa edilməlidir", - politoloq qeyd edib.

Markov ehtimal edir ki, Ermənistan Azərbaycan və Türkiyənin həyata keçirdiyi blokadanın götürülməsində maraqlıdır. Bu, ona öz vətəndaşlarının və Dağlıq Qarabağ sakinlərinin iqtisadi inkişafını və yüksək həyat səviyyəsini təmin etmək üçün lazımdır.

"Eyni zamanda, Azərbaycan Dağlıq Qarabağ ətrafında boş qalmış rayonlara qaçqınların qaytarılmasında maraqlıdır.

Əgər danışıqlar ATƏT-in Minsk qrupu xətti ilə gedərsə, onları başqa tərzdə stimullaşdırmaq lazımdır. Rusiya bu qəbildən olan danışıqların təşkil edilməsində daha təbii vasitəçi ola bilərdi.

Perspektivdə Minsk üçlüyündən (Rusiya, ABŞ, Avropa İttifaqı) başqa regional üçlük də (Rusiya, Türkiyə, İran) formalaşdırmaq mümkündür, bu üçlük vəziyyətin sağlamlaşdırılmasına vasitəçi ola bilərdi. Amma indi Türkiyə və İran bir-biri ilə əməkdaşlıq edə bilməzlər, bu ölkələrin vəziyyətə təsir metodları da hələlik səmərəli deyil", - o bəyan edib.

Sizin Reklam Yeriniz