Əlaqə Arxiv
news Image
2015.08.28
14:50
| A A A
25 ölkənin polis rəisi Bakıda toplandılar

Ramil Usubov çıxış etdi.

Avqustun 28-də Daxili İşlər Nazirliyinin "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində Avropa Paytaxt Polis Rəislərinin növbəti 37-ci konfransı öz işinə başlayıb.

DİN-dən Movqe.az-a verilən məlumata görə, iyirmi beş ölkədən 70-ə yaxın nümayəndənin qatıldığı konfransda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qonaqları salamlayıb, paytaxt şəhərlərində təhlükəsizliyin təmin

olunmasına, cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasına həsr olunmuş bu mötəbər tədbirin gələcək əməkdaşlığın inkişafına yeni imkanlar açması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra Ramil Usubov konfrans iştirakçılarına polisin təyinatı, Daxili İşlər Nazirliyinin strukturu, funksiya və vəzifələri, ölkəmizdəki kriminogen durum barədə ətraflı məlumat verib.

Çıxışının sonunda general-polkovnik Ramil Usubov Avropa Paytaxt Polis Rəislərinin 37-ci Konfransında aparılacaq müzakirələrin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə, iştirakçılara öz həmkarlarının təcrübəsindən faydalanmaq imkanı, bütövlükdə, cinayətkarlığa qarşı mübarizəyə layiqli töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Avqustun 30-dək davam edəcək konfransda cinayətkarlıqla mübarizənin bir sıra prioritet istiqamətləri, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlər, həmçinin, meqapolislərin təhlükəsizliyi mövzularında ayrı-ayrı dövlətlərin nümayəndələrinin çıxışları dinləniləcək, maraqlı müzakirələr aparılacaq.

Avropa Paytaxt Polis Rəislərinin 37-ci konfransının sonunda birgə bəyannamə qəbul olunacaq.

Konfransın sonuncu günü iştirakçılar DİN-in "102", "Təhlükəsiz Şəhər" xidmətlərinə, Çevik Polis Alayına və Polis Akademiyasına, həmçinin, Bakı Şəhər BPİ-yə baş çəkəcəklər.

Sizin Reklam Yeriniz