Əlaqə Arxiv
news Image
2015.08.28
17:10
| A A A
Ermənistanda sentyabrın 1-dən yeni etiraz aksiyaları başlayacaq

Ermənistanda "Talana yox" Təşəbbüs Qrupunun etiraz aksiyası sentyabrın 1-də yenidən başlayacaq. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu qrupun üzvü Artuş Çibuxçiyan bildirib. Məlumata görə, aksiya sentyabrın 1-də yerli vaxtla saat 16-da Gənclər parkında başlayacaq.  O qeyd edib ki, aksiyalar müvəqqəti olaraq, dayandırılmışdı: "Ermənistan Elektrik Şəbəkəsi"ndəki yoxlamaların nəticəsini gözləyirdik. Növbəti dəfə aldadıldığımızı gördük. Tələblərimizn heç biri yerinə yetirilmədiyindən bu dəfə dayanmayacağıq, istəklərimiz təmin olunanadək aksiya keçirəcəyik". Xatırladaq ki, iyulun 1-dən etibarən Ermənistanda eklektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib.


Sizin Reklam Yeriniz