Tuncelidə PKK-ya tarixin ən ağır zərbəsi vuruldu
Türkiyənin Tunceli vilayətində PKK terror təşkilatına tarixinin ən böyük zərbəsi vurulub.
Movqe.az Türkiyə mediasına istinadən xəbər verir ki, vilayətdə PKK-nın 22 ayrı nöqtəsinə qarşı təşkil olunan hava hücumunda təşkilatın yaz mövsümündə istifadə etdiyi 14 sığınacağı tamamilə məhv edilib.
Hava zərbələri ilə həmçinin PKK-nın xeyli sayda silah-sursatın məhv edildiyi bildirilir. Ölən və yaralanan terrorçular haqqında isə məlumat verilmir.