Əlaqə Arxiv
news Image
2015.09.01
08:00
| A A A
Minsk qrupu sərt tənqid olundu
Araz Aslanlı: “Atəşkəsin qorunub saxlanılması ilə bağlı da görünən işlər tam qaydasında yerinə yetirilmir” Fikrət Sadıxov: “Baş verən hadisələr Minsk qrupunun fəaliyyətinə inamı itirib”

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti dəfə səfəri nəzərdə tutulur. Vasitəçilər payızda dialoqu intensivləşdirmək məqsədilə münaqişə tərəflərilə danışıqları davam etdirmək niyyətindədir. Ancaq siyasi təhlilçilərin fikrincə, həmsədrlərin bu dəfəki səfərlərindən də fərqli nəsə gözləmək əbəsdir.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı Minsk qrupunun fəaliyyətinin problemin nizamlanmasından, yoxsa, prosesin nəzarət altında saxlanılmasından, yaxud da hansısa bir tərəfin beynəxalq hüquqa zidd olaraq əldə etdiyi nəticəni qoruyub saxlamağa kömək etməsindən ibarət olması ilə bağlı Qərbin özündə də sual yarandığını bildirir: "Hazırda bu ehtimallar üzərində daha çox düşünməyə məcburuq. Onların mandatı problemi həll etməkdir. Amma ATƏT-in monitorinqlərindən belə nəticəyə gəlirik ki, atəşkəsin qorunub saxlanılması ilə bağlı da görünən işlər tam qaydasında yerinə yetirilmir. Adətən, atəşkəs pozulanda bunlar deyir ki, monitorinq baş tutmayıb. Halbuki, monitorinqdə onlar atəşkəsin pozulmasının əsas günahkarının kim olduğunu təsdiq etməlidirlər. Amma bu prosesdə də missiyalarını layiqincə yeriən yteirə bilmirlər. Bunlar səylərini problemin həllinə yönəltmirlər. Son illər Azərbayanın hərbi, iqtisadi və siyasi cəhətdən güclənməsi və paralel olaraq Türkiyə ilə birgə hərbi təlimlərin intensivləşməsi fonunda düşmən tərəfdə və onun himaydəarlarında narahatlıq yaranıb".

Digər siyasi şərhçi Fikrət Sadıxov isə onların gəlişinin hansısa bir sıçrayışla müşahidə ediləcəyinə inanmır: "İnandırıcı deyil ki, bununla da problemin həlli istiqamətində hansısa müsbət nəticələr əldə edilsin. Hazırda bunu söyləmək çətindir. Çünki, baş verən hadisələr Minsk qrupunun fəaliyyətinə inamı itirib. Ona görə də oların bura gəlməsi görüşlər, səfərlər naminədir. Odur ki, bu səfər də heç bir nəticə verməyəcək. Əgər onların konkret təklifləri yoxdursa, yenə də bizi Ermənistan ilə bərabərləşdirəcəklərsə, hesab edəcəklərsə ki, Azərbaycan hansısa güzəştə getsin, o zaman bu görüşdən də nəsə gözləmək düzgün olmaz".

Sizin Reklam Yeriniz