Əlaqə Arxiv
news Image
2015.09.01
11:24
| A A A
Rusiya Federasiya Şurasının sədri: “Miqrant böhranı Qərbin yeritdiyi məsuliyyətsiz siyasətin nəticəsidir”
Avropada miqrant böhranı və İŞİD terror qruplaşmasının meydana gəlməsi Qərb dövlətlərinin yeritdiyi məsuliyyətsiz siyasətin nəticəsidir.

Movqe.az-ın TASS ahentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Nyu-Yorkda Parlamentlərarası İttifaqın toplantısına ünvanlandığı video müraciətdə bəyan edib.

"Bu gün Avropada yaşanan qaçqın və miqrant böhranı, İŞİD terror qruplaşmasının meydana gəlməsi bir sıra Qərb dövlətlərinin yeritdiyi məsuliyyətsiz siyasətin nəticəsidir", deyə V.Matviyenko bildirib.

Onun sözlərinə görə, Qərb digər dövlətlərə qarşı açıq şəkildə təzyiq göstərir, birtərəfli sanksiyalar və güc tətbiq edir. Bu səbəbdən dünyanın bir sıra regionu xaosa sürüklənib.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Nyu-Yorkda Parlamentlərarası İttifaqın toplantısına qatılmalı idi. Lakin viza alınmasında problemlərlə əlaqədar Valentina Matviyenko ABŞ-a səfərini ləğv etməli olub.


Sizin Reklam Yeriniz