Əlaqə Arxiv
news Image
2015.09.01
16:34
| A A A
Allahşükür Paşazadə İranın ali dini liderini Azərbaycana dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının ali dini lideri Seyid Əli Hüseyni Xamneyini Azərbaycana səfərə dəvət edib.


Movqe.az-ın APA-ya istinadən məlumatına görə, A. Paşazadə bunu Azərbaycanda səfərdə olan İranın tanınmış din xadimi, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani ilə QMİ-də keçirilən görüşdə bildirib. O qeyd edib ki, Nuri Həmədanidən bu arzusunu ağayi Xamneyiyə çatdırmasını xahiş edib: "Seyid Əli Hüseyni Xamneyini Azərbaycanda görmək mənim və biz dindarların arzusudur və bu arzu ilə onu bura dəvət edirik".


Sizin Reklam Yeriniz