Əlaqə Arxiv
news Image
2015.09.01
17:07
| A A A
İnterpol İŞİD şübhəlisi olan türk qızı axtarır

Movqe.az xəbər verir ki, Avstriyada İŞİD-ə qatılmaq istəyən 15 və 16 yaşlarındakı iki qız şagird nəzarətə alınıb.

Şagirdlər 21 sentyabrda Graz şəhərində məhkəməyə çıxardılacaq . Şüphəliləri terror təşkilatına üzv olmaqdan 10 ilə qədər həbs istəyiylə günahlandırırlar.Təşkilata qatılmaq istəyən digər 3 qız şagirddən isə xəbər yoxdur. Hələdə tapıla bilməyən bu 3 şagirdin Türkiyə üzərindən Suriyaya keçərək İŞİD-ə qatıldığı təxmin edilir. Şübhəlilərdən 21 yaşındakı Rus vətəndaşı İndira Tambievave, 20 yaşındakı Türk qızı Nuriyyə Yaman üçün İnterpol tərəfindən Qırmızı bülleten çıxardılıb və axtarışlar hələdə davam edir.


Qızların internet ( Skype ) üzərindən tanış olduqları 19 yaşındakı çeçen mənşəli bir kişi ilə evlənmək istədikləri və birlikdə döyüşmək üçün Suriyaya getməyi planladıqları irəli sürülüb. Daha əvvəl də azyaşlı 200-dən çox gənc Avstriyadan Suriyaya gedərək İŞİD terror qruplaşmasına qatılmışdı .

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə


Sizin Reklam Yeriniz