Əlaqə Arxiv
news Image
2015.09.01
17:44
| A A A
Allahşükür Paşazadə: “Müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycana müctəhid, ayətullah-uzma gəlib”

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycanda səfərdə olan İran İslam Respublikasının nüfuzlu din xadimi Ayətullahül-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin iştirakı ilə dindarlarla görüş keçirilib.


Movqe.az-ın məlumatına görə, QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, indiyə qədər Azərbaycana ayətullah-uzma gəlməyib: "Sovet dövründə mən onları oğrun-oğrun öyrənərdim, dinləyərdim. Müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycana müctəhid, ayətullah-uzma gəlib. Bu bir yol oldu, cığır oldu. Onu Şeyx Həmədani açdı. Arzu edirəm ki, bundan sonra digər müctəhidlər də Azərbaycana gələcəklər".

 

Şeyxülislam deyib ki, Həmədani İranda şahın hakimiyyətdən getməsində xidməti olan şəxslərdən biridir: "Şeyx Həmədani vətənindən dəfələrlə uzaqlaşdırılıb, amma əqidəsindən əl çəkməyib. O, birinci müctəhiddir ki, Azərbaycanda Qarabağ şəhidlərinin ruhuna və Qarabağ torpaqlarının azad olunması üçün dualar edib". 

 

Ayətullah Həmədani isə bildirib ki, Azərbaycana səfərində məqsəd müsəlmanların vəhdətini möhkəmləndirməkdir. Azərbaycana gəlişini özü üçün Allahın böyük lütfü hesab edən ayətullah deyib ki, ruhaniyyəti, dini öyrənənlər əsas məsələləri diqqətdə saxlayıb təhsillərində lazımi uğur əldə etməlidirlər.

 

Daha sonra ayətullah dindarlara moizə oxuyub.

 

Sonda qonaq tərəfindən hədiyyələr təqdim olunub.


Sizin Reklam Yeriniz