Əlaqə Arxiv
news Image
2015.09.02
21:00
| A A A
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2016-cı ilin martına qədər uzatmaq qərarına gəlib

Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin 2016-cı ilin martına qədər uzadılması barədə qərar qəbul ediblər.


Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Aİ-nin daimi nümayəndələr komitəsi bu gün keçirilən toplantıda Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı əməllərlə bağlı sanksiya tətbiq olunmuş fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları daha 6 ay qüvvədə saxlamağı qərara alıb. Komitənin texniki qrupu bununla bağlı hazırlıq işləri aparacaq və Aİ xarici işlər nazirləri Şurasının sentyabrın 15-də keçiriləcək iclasında qərar rəsmiləşəcək.

Sizin Reklam Yeriniz