Əlaqə Arxiv
news Image
2015.09.03
13:28
| A A A
ABŞ : "Ukrayna donanması ağır itki verib"

Movqe.az xəbər verir ki, bir Amerikalı komandir Rusiyanın keçən il Krım yarımadasını işğalından bu yana Ukrayna donanmasının ciddi bir şəkildə zəiflədiyini deyib.

Altıncı Donanma Komandiri Kontur Admiral, James Foggo Ukrayna Dəniz Qüvvələri personalının sayının 17 mindən 5 minə düşdüyünü açıqlayıb.

"Ukrayna Dəniz Qüvvələri personalının və gəmilərinin üçdə ikisini itirib" deyən admiral Foggo, Rus işğalından əvvəl Ukrayna donanmasının Sevastopol limanında olduğunu, indi isə gəmilərini Odessa ya sövq etmək məcburiyyətində qaldığını söyləyib.

Amerika Dəniz Qüvvələri Qaradənizdə Ukrayna donanmasıyla birlikdə ortaq bir dəniz manevri təşkil edir. "Dəniz Mehi 2015" manevrinə aralarında Türkiyə, Almaniya və İngiltərənin də olduğu 11 ölkə iştirak edəcək.

Admiral Foggo zəifləməsinə baxmayaraq Ukrayna donanmasında gözləmədiyi bir peşəkarlıq gördüyünü açıqlayıb.

Manevr məqsədiylə Qaradənizə daxil olan, Amerika tərəfindən idarə olunan raket gəmisi USS Donald Cook, bir Rus gəmisi tərəfindən qarşılanıb.

Altıncı Donanma Komandiri Admiral Foggo rusların son dərəcə nəzakətli davrandığını, gəmini və komandirini salamladığını deyib.

"Dəniz Mehi 2015" təlimlərinin ilk həftəsi quruda təhsillə keçib. Sentyabrın 8-i və 12-si arasındakı ikinci həftədə manevr dənizdə davam etdiriləcək.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə

Sizin Reklam Yeriniz