Əlaqə Arxiv
news Image
2015.09.03
16:37
| A A A
Kaspşik Qarabağdakı separatçılarla danışıqlarda

Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan sentyabrın 2-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. APA-nın "armenpress.com"a istinadən verdiyi xəbərə görə, görüşdə son vaxtlar Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda, qoşunların təmas xəttində yaranan vəziyyət müzakirə olunub. Tərəflər atəşkəs rejiminin pozulması hallarının artması və iriçaplı silahlardan istifadə edilməsindən narahatlıqlarını bildiriblər. D. Tonoyan həmçinin 3-6 sentyabr tarixlərində keçiriləcək "Şant-2015" təlimlərinin məqsədləri və çərçivələri barədə məlumat verib. Qeyd edək ki, A. Kaşpşik bu gün Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanla da görüşüb. O, sentyabrın 4-də təmas xəttində monitorinq keçirəcək.


Sizin Reklam Yeriniz