Əlaqə Arxiv
news Image
2015.09.03
20:50
| A A A
Siyavuş Novruzov: “Əli Kərimli çoxdan satılıb”

"Əslində Əli Kərimli çoxdan satılıb, sadəcə onu hazırkı məqamda alan yoxdur. Hətta Gültəkin Hacıbəyli Əli Kərimlini bazara çıxarsa da onu alan tapılmır. Əli Kərimli zamanında da, indi də erməni lobbisinə, erməni lobbisinin maliyyələşdirdiyi beynəlxalq təşkilatların pullarına o qədər çox satılıb ki, bu satılmışlıqların sayı-hesabı belə, öz çoxluğundan itib". AzVision.az xəbər verir ki, bu barədə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov sia.az-a müsahibəsində deyib. O, bildirib ki, müxalifətçiliyin anlayışı, forması, düsturu var və bunların heç birinin AXCP adlı dərnəyə, onun filialı olan "Milli Şura"ya adidiyyatı ümumiyyətlə yoxdur: "Vaxtilə "Milli Şura" deyilən quruma üzv olmuş partiyalara nəzər salsaq, sonradan həmin partiyaların oradan nəyə görə çıxdıqlarını da görmüş olarıq. Onlar sonradan dərk etdilər ki, "Milli Şura", AXCP bilavasitə Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyən qaranlıq siyasi dairələrlə iş birliyinə gedir. Məsələn, həmin ərəfələrdə Müsavat Partiyası bəyanat verdi ki, "Milli Şura"nın prezident seçkilərindəki namizədi əvvəlki prezident seçkilərində iştirak edən digər müxalifət namizədindən qat-qat az səs toplayıb. Nəinki "Milli Şura"dan, eləcə də AXCP-dən kifayət qədər çox adam istefa verdi. Ümmiyyətlə, belə istefalar hər zaman olub. Hətta bu gün "Milli Şura"ya sədrlik edən Cəmil Həsənli 10 il bundan öncə parlament seçkiləri ərəfəsində AXCP üzvlüyündən istefa verdi. Yəni mən bu gün mətbuatdan oxuyuram ki, Razi Nurullayevə, eləcə də oradan çıxan digər insanlara satqın, xain, hakimiyyətə işləyən damğası vurmağa çalışırlar, onları təhqir edirlər. Hansı ki, onlardan imtina edən insanlar öz istəklərini nümayiş etdirirlər, səsləndirirlər. Əgər biz demokratiyadan, söz azadlığından, fikir prüalizmindən danışırıqsa, onda bu insanlar da azad şəkildə öz fikirlərini bildirirlər. Yox, əgər qarşı tərəfin istefaya gedənlərə qarşı kifayət qədər tutarlı arqumentləri varsa, onda bunu ortaya qoysunlar. Yox, əgər arqumentləri yoxdursa, onda o insanları xain, satqın, iqtidara işləyənlər kimi adlandırmasınlar". Əli Kərimlinin və Gültəkin Hacıbəylinin fəaliyyətinə gəlincə, S. Novruzov deyib ki, əslində onun siyasət donu altındakı fəaliyyətini Azərbaycan xalqı yaxşı xatırlayır. Millət vəkilinin sözlərinə görə, vaxtilə o, Bakı Dövlət Universitetində təhsil alarkən, komsomola katib seçilməkdən ötrü bütün dostlarını satdı: "O, 90-cı illərdə də satqınçılıqla məşğul olub. Xalq Cəbhəsini ələ almaqdan ötrü "Yurd" təşkilatını quraraq, partiyanın ortaya qoyduğu siyasi mahiyyətini bütünlüklə pozmuş oldu, orada sədr vəzifəsini tutacağına görə, Elçibəyə xəyanət etdi. Yaxud, 2000-ci ildə parlamentə qatımaq üçün, Müsavatla birləşdiyi bloka xəyanət etdi. Bu gün ona yaxın olan mətbuat yazır ki, Əli Kərimli satılmayıb. Əslində Əli Kərimli çoxdan satılıb, sadəcə onu hazırkı məqamda alan yoxdur. Hətta Gültəkin Hacıbəyli Əli Kərimlini bazara çıxarsa da onu alan tapılmır". Deputat bildirib ki, Əli Kərimlinin "siyasi fəaliyyəti" milçəyin vızıltısından o tərəfə keçmir. S .Novruzovun dediyinə görə, Əli Kərimlinin AXCP-si, nə Əli Kərimlinin "Milli Şura"sı, nə Əli Kərimlinin yan-yörəsi Azərbaycandakı proseslərə təsir etmək gücündə deyil. "Əli Kərimli zamanında da, indi də erməni lobbisinə, erməni lobbisinin maliyyələşdirdiyi beynəlxalq təşkilatların pullarına o qədər satılıb ki, bu satılmışlıqların sayı-hesabı belə, öz çoxluğunu itirib. Bu gün onun haqqında düşünən ancaq ona pul verən, onu satın almaq istəyənlərdir ki, onların da məqsədləri bəllidir. Əli Kərimli özünü satışa çıxarmaqdansa, gəlsin seçkilərə qatılsın. Xalq da görsün ki, bu adam seçkilərə qatılmaq imkanını itirməyib. Ancaq onun elektorat qıtlığı yaşaması, sosial bazasının olmaması hər şeyi tam açıqlığı ilə ortaya qoymuş olub. Hətta seçkilərə bu vəziyyətdə qatılsa belə, o kimi irəli sürəcək? Baxsınlar ki, onların seçkilərdə iştirak eyməyə layiq olan admaları varmı? Heç olmasa, 10 adamının adını ardıcıl şəkildə qeyd etsinlər. Hətta adam tapıb seçkilərdə iştirak etsələr belə, ən zəif namizəd bunların "güclü" namizədi üzərində qələbə çalacaq. Bunların potensialları tükənib və yerlərində saymaqla məşğuldurlar. Ona görə də bəlkə başlarına gələcək biabırçılıqları anlayaraq, rüsvay olmamaq üçün bəhanələr gətirməklə məşğuldurlar". Millət vəkili Əli Kərimli kimilərin Azərbaycan haqqında mənfi imic formalaşdırmaq istəyən xarici qüvvələrin əlində dəstəvuzluq etdiklərini deyir. 

"Onlar həm də anlamırlar ki, mandat təyinatla deyil, seçki ilə verilir. Bu gün Əli Kərimlinin yanında olan bəziləri deputat olduqları zaman xatırlamalıdırlar ki, onlar vaxtilə YAP-ın dəstəyi ilə deputat seçilmişdilər. İndi də əgər özlərinə inamları varsa, Əli Kəriminin dəstəyi ilə deputat seçilsinlər"-edyə S.Novruzov bildirib.

Sizin Reklam Yeriniz