Əlaqə Arxiv
news Image
2015.09.04
10:22
| A A A
Hollandiyalı əsgər İŞİD-ə qoşuldu

Movqe.az xəbər verir ki, Hollandiyada hələ də aktiv vəzifədə olan Hollandiyalı bir əsgər, ordudan qaçaraq İŞİD-ə qoşulub.

Hollandiya Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamaya görə, İŞİD sıralarına qatılan Hollandiya hərbiçisi 26 yaşındadır. Adı açıqlanmayan və çavuş olaraq xidmət edən əsgərin, ordu məlumat sistemləri və qurğuları ilə bütün əlaqələrinin kəsildiyi bildirilib. Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin əsgərlə əlaqədar istintaqı davam edərkən verilən şərhdə, haqqında danışılan əsgərin aktiv vəzifədəykən İŞİD-ə qatılan ilk əsgər olduğu açıqlanıb.


Hollandiya Müdafiə naziri Jeanine Hennis Plasschaert, yoldaşları başqalarının azadlığı üçün həyatlarını riskə atarkən, haqqında danışılan əsgərin İŞİD-ə qatılmasının xəyal qırıqlığı yaratdığını söyləyib. Rəsmi məlumatlara görə Hollandiyadan 130 nəfərdən çox adam İŞİD-ə qatılıb.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə

Sizin Reklam Yeriniz