Əlaqə Arxiv
news Image
2015.09.04
11:03
| A A A
ABŞ: Əsgər və diplomat ailələri Türkiyədən gedir

Movqe.az xəbər verir ki, Amerika rəhbərliyi "İncirlik" hərbi bazası ətrafında yaşayan ABŞ əsgərlərinin və Adanadakı ABŞ Konsulluğunda işləyən diplomat ailələrinin Türkiyədən gedə biləcəklərini açıqlayıb. Qərarın "tədbir məqsədli" olduğu bildirilib.

Amerika Müdafiə Nazirliyi səlahiyyətliləri, bu variantı təqdim etdikləri şəxslərin sayının 900-ə yaxın olduğunu söyləyib.

Türkiyədən getməyi seçən əsgər və diplomat ailələrinin xərclərini Amerika rəhbərliyi qarşılayacaq.

Vaşinqtonun qərarı, Türkiyənin digər bölgələrində yaşayan əsgər və diplomat ailələrini əhatə etmir.

ABŞ Xarici işlər nazirliyi isə, Adanadakı Amerika konsulluğunun fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə


Sizin Reklam Yeriniz