Əlaqə Arxiv
news Image
2015.09.04
12:55
| A A A
Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru azərbaycanlı məcburi köçkünlərlə görüşüb

Azərbaycanda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq sentyabrın 3-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə olub.


Movqe.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, qonaq məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olub. Zəngilandan məcburi köçkün Ceyhun Həsənovun mənzilində çay süfrəsi ətrafındakı söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm surətdə diqqət mərkəzində saxlayır. Lakin bunlara baxmayaraq, hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.

Uilyam Leysi Svinqin diqqətinə çatdırılıb ki, istər Bakıda və Bakıətrafı ərazilərdə, istərsə də respublikamızın müxtəlif bölgələrində qaçqın və məcburi köçkünlər üçün bu cür bütün sosial-texniki infrastrukturları ilə birlikdə müasir qəsəbələr və məhəllələr salınıb, daha ağır şəraitdə yaşayan 240 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bildirilib ki, bütün qəsəbələrdəki mənzillərdə olduğu kimi, ərazidəki 760 məcburi köçkün ailəsi də verilmiş mənzillərdə müvəqqəti məskunlaşdırılıb və torpaqlar azad olunduqdan sonra onlar öz doğma yurdlarına qaytarılacaqlar. Qonağa məhəllədə yaradılan şərait barədə ətraflı məlumat verilib.

Daha sonra Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların ağır həyat şəraiti ilə tanış olub. Məcburi köçkünlərlə söhbət zamanı bildirilib ki, bu ərazidəki yataqxanalar kompleksində 1300-dən çox məcburi köçkün ailəsi məskunlaşıb. Onların hamısı öz yurd-yuvalarına qayıdacaqlarına əmindirlər və Ali Baş Komandanın əmri ilə hər an doğma torpaqlarının azadlığı uğrunda mübarizəyə hazırdırlar.


Sizin Reklam Yeriniz